IQNA

Məscidə zərər vuran şəxs söhbət üçün dəvət olunub

10:43 - November 16, 2021
Xəbər sayı: 3491207
San-Fransisko müsəlmanları bir neçə gün əvvəl məscidə hücum edən şəxsi İslam inancları və adətləri haqqında daha çox tanış olmaq üçün söhbət etməyə dəvət ediblər.

"İQNA", "San Francisco Kronikl"-ə istinadən xəbər verir ki, San-Fransiskonun ən qədim məscidə cümə gecəsi birinin pəncərədən pivə şüşəsini atması nəticəsində zərər dəyib. Bu, məscidin cəmiyyətdəki rolunu daha yaxşı başa düşmək üçün təcavüzkarla söhbət edilib.
Din alimi, San Fransisko İslam Mərkəzinin idarə heyətinin üzvü, 30 yaşlı Şahbaz Şeyx deyib: "Cəmiyyət sarsılıb."

Məscidin cəmiyyətdəki əhəmiyyətini bir daha vurğulayan Şeyx, hücum edən şəxsi söhbət etmək üçün dəvət edib. Şeyx deyib: "Kaş ki, bunu edən hər kəslə əlaqə saxlaya bilsək. Birtəhər onlara kim olduğumuzu və nəyi təmsil etdiyimizi öyrədə bilsək yaxşı olar. Biz əslində bu şəxsi bir insan kimi danışmağa dəvət edirik."

San Fransisko İslam Mərkəzi 1959-cu ildə San Fransisko Körfəz Bölgəsində ilk məscid kimi təsis olunmuşdur. Müsəlmanlar üçün ictimai və dini mərkəz kimi fəaliyyət göstərir.
Qurani-Kərimdə Əraf surəsində tövsiyə edilən əxlaqi sifətlərdən biri də əfv etməkdir: "Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər."

(Əraf ayə 199)

4013563

captcha