IQNA

İslam qorxusunun yayılmasında Facebook-un roluna etiraz

13:05 - November 16, 2021
Xəbər sayı: 3491210
Yüzlərlə amerikalı ölkənin müxtəlif şəhərlərində Facebook-un İslam qorxusunun yayılmasındakı roluna və Hindistanda müsəlmanlara qarşı hücumlara etiraz aksiyası keçirib.

İQNA, "Tusirkləz"-ə istinadən xəbər verir ki, ABŞ-da yüzlərlə nümayişçi, Facebook-un Hindu ekstremistlərinin müsəlmanlara qarşı nifrət və zorakılığının artmasındakı roluna etiraz edib.

Şənbə və bazar günləri ABŞ-ın səkkiz böyük şəhərində müxtəlif dinlərə və peşələrə mənsub yüzlərlə ardıcıl toplaşaraq Facebook-a etiraz ediblər. Çünki o, Hindistanda nifrət dolu sözlərin sərbəst şəkildə yayılmasına imkan verir. Bu da, Qeyri-Hindu dindar azlıqların nümayəndələrinin təqiblərə, fiziki hücumlara və öldürülməsinə səbəb olmuşdur.

Bu nümayişlərdə söhbət edənlər, Facebook-un nifrət dolu sözlər ilə bağlı səssizliyini pisləyiblər.

4013557

captcha