IQNA

Qətərdə keçirilən "Quranda dilçilik" tədqiqat müsabiqəsinə 115 əsər göndərilib

17:35 - November 20, 2021
Xəbər sayı: 3491228
Qətərdəki "Kətara" Mədəniyyət İnstitutu İslamşünaslıq, dilçilik və ritorika üzrə "Qurani-Kərimdə dilçilik" tədqiqat müsabiqəsinə 114 əsərin göndərildiyini açıqlayıb.

İQNA, Qətərin "Ər-Rayə" qəzetinin saytına istinadən xəbər verir ki, "Kətara" kimi tanınan Qətər Ümumi Mədəniyyət Bölgəsi İnstitutunun bəyanatında deyilir: "Bu müsabiqəyə 115 əsər göndərilib. Bu müsabiqədə 49 əsərlə Misir və Sudan, Ərəb Məğrib ölkələri 27 əsərlə, İraq və Şam ətrafı ölkələri 25 əsərlə,7 əsərlə Fars körfəzi ölkələri və 7 əsərlə qeyri-ərəb ölkələrindən olan tədqiqatçılar iştirak edib."

Bu müsabiqə, yeni metodologiya və metodoloji vasitələrlə ərəb təfəkkürünü Quran araşdırmalarına istiqamətləndirmək məqsədi daşıyır. Həmçinin Quranın ritorik möcüzələri sahəsində yeni və müasir məhsulları təqdim etmək məqsədi ilə keçirilib.

4014403

Teqlər: qətər ، quran ، İslam ، müsəlman ، qurani kərim ، namaz
captcha