IQNA

17:40 - November 20, 2021
Xəbər sayı: 3491229
İranın Lahordakı Mədəniyyət məsələləri üzrə attaşesi, bu şəhərdə Beynəlxalq İslam İncəsənəti Gününə həsr olunmuş xüsusi sərgidə xəttatlıq sənətini bütün müsəlmanlar üçün ən aşkar ortaq sənət və Quran ayələrini çəkmə sənəti adlandırıb.

"İQNA", Lahordan xəbər verir ki 18 noyabr 2021-ci ildə, Beynəlxalq İslam İncəsənəti Günü münasibətilə İran İslam Cümhuriyyəti, Pakistan və Türkiyənin iştirakı ilə Lahorda 5 günlük Beynəlxalq İslam İncəsənət Sərgisi açılıb. Lahordakı Əl-Həmra İncəsənət və Mədəniyyət Mərkəzində keçirilən bu sərgidə həvəskarlar və sənətkarlar da iştirak ediblər.

Sərginin açılışında Mədəniyyət Evi və ölkəmizin Lahordakı mədəniyyət məsələləri üzrə attaşesi Cəfər Ronas, Türkiyənin mədəniyyət nümayəndəsi Ovlaş Ertaş, Pakistan Xəttatlar Assosiasiyasının baş katibi Erfan Qureyşi, Əl-Həmra İncəsənət-Mədəniyyət Mərkəzinin icraçı direktoru Ecaz Əhməd və Pakistan Elm və Texnologiya İnstitutunun rəhbəri Məsud Məzhər iştirak edib.

Sərginin açılışında çıxış edən ölkəmizin Mədəniyyət Evinin rəhbəri Cəfər Ronas, İslam dünyasında keçmiş və müasir bədii təcrübələrin əhəmiyyətinə, İslam sivilizasiyasında mədəniyyətin roluna işarə edərək deyib: "Sənət bəşəriyyətin ortaq dilidir. Hər millətdən, hər dildən olan bir insan, sənətin gözəlliklərini dərk edir."

Ronas, xəttatlıq sənətini bütün müsəlmanlar üçün ən aşkar ortaq sənət və vəhy kəlamının ayələrini çəkmək sənəti adlandıraraq deyib: "İslam sənətində xəttatlıq müxtəlif yerlərdə, xüsusən də məscidlərin kitabələrində və günbəzlərində görünür."

Türkiyənin Lahordakı mədəniyyət nümayəndəsi Olaş Ortas da İslam sənətinin regional amillərin və yerli mədəniyyətin təsiri altında yarandığına işarə edərək bildirib: "İslam incəsənəti təsirli rıçaq kimi regionda sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynaya bilər."

Pakistan Xətatlar Dərnəyinin baş katibi İrfan Qureşi də deyib: "Xəttatlıq İslam ölkələrində yayılmış sənətdir ki, İran tarixən onun çiçəklənməsinə və böyüməsinə töhfə verib."

Qeyd edək ki, 2019-cu ildə YUNESKO-nun Baş Konfransının 40-cı sessiyasında noyabrın 18-i Beynəlxalq İslam İncəsənəti Günü kimi adlandırılıb. Hər il bu münasibətlə dünyanın müxtəlif ölkələrində bir neçə proqram həyata keçirilir.

4014568

Teqlər: xəttatlıq ، İran ، Quran ، İslam ، müsəlman ، Lahor
Ad:
E-poçt:
* Comment:
* captcha: