IQNA

15:53 - November 22, 2021
Xəbər sayı: 3491243
İranın Uqandadakı mədəniyyət müşaviri, Uqandanın Cinca şəhərindəki Əmin "Ər-Ruayə" İslam Məktəbinin kitabxanasına din sahəsində 100 cilddən çox kitab və Qurani-Kərimin tərcümələrini hədiyyə edib.

İQNA, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Əllamə Təbatəbainin ildönümü və Kitab Həftəsi münasibəti ilə, Uqandanın Cinca şəhərindəki Əmin "Ər-Ruayə" İslam Məktəbinin kitabxanasına din sahəsində 100 cilddən çox kitab və Qurani-Kərimin tərcümələri hədiyyə edilib.

Bu kitablar gənclər və böyüklər üçün müxtəlif səviyyələrdə din, mədəniyyət, tarix, İslam İnqilabı, İranşünaslıq sahələrində olub.

Bu mərasimdə bir sıra yerli rəsmilər və tələbələrin valideynləri iştirak ediblər. İranın Uqandadakı mədəniyyət müşaviri Məhəmməd Rza Qızılsofli, İslamda elmin əhəmiyyəti, kitab oxumaq, tələbəlik günlərindən maksimum yararlanmaq və özünü ölkənin gələcək məsuliyyətlərinə hazırlamaq haqqında danışıb.

O, qeyd edib ki, Kitablar və kitabxanalar bir ölkənin mədəni sərvətidir. Həmçinin tələbələrin məlumat mənbəyi və çalımaları üçün motivasiya qaynağıdır.

4015094

Ad:
E-poçt:
* Comment:
* captcha: