IQNA

16:02 - November 22, 2021
Xəbər sayı: 3491244
İndoneziya Müsəlmanları Şurası, ölkədə məscidlərdə səsgücləndiricilərdən istifadə qaydalarına dəyişiklik edilməsini istəyib.

İQNA, "Ərəb News"-a istinadən xəbər verir ki, bəzi narahatlıq və şikayətlərdən sonra İndoneziya Müsəlmanları Şurası, məscidlərdə səsgücləndiricilərdən istifadə qaydalarına yenidən baxılmasını istəyib.

İndoneziyanın 270 milyon əhalisi var. Onun 80 faizindən çoxu müsəlmandır. İndoneziyada təxminən 625.000 məscid var. Əksər məscidlərdə azan və ya dini xütbələr səsləndirmək üçün səsgücləndiricilərdən istifadə olunur. Bu məscidlərin bir çoxunun səs sistemi zəifdir. Buna görə də, səsi gücləndirirlər ki, bu da öz növbəsində bəzi insanların şikayətinə səbəb olur.

1978-ci ildə Dini İşlər Nazirliyi məscidlərdə səsgücləndiricilərdən istifadəni tənzimləyən fərman vermişdi. Bu ayın əvvəlində İndoneziya Üləmalar Şurası, verdiyi fətvada sosial dinamizmi yaxşılaşdırmaq və münaqişələrdən qaçmaq üçün təlimatlara yenidən baxılmalı olduğunu bildirib.

4015345

Ad:
E-poçt:
* Comment:
* captcha: