IQNA

Misirdə Mahmud Xəlil əl-Hüsarinin 21-ci ildönümünü qeyd ediləcək

19:26 - November 22, 2021
Xəbər sayı: 3491245
Misirin qərb əyalətindəki Tanta mərkəzinə bağlı Şəbrən-Nəmlə təşkilatının şöbəsi olan Şeyx əl-Hüsari Dini və Sosial Xidmətlər Dərnəyi, Şeyx Mahmud Xəlilin vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçiriləcək.

İQNA, "Əd-düstur"-a istinadən xəbər verir ki, Mahmud Xəlil əl-Hüsarinin 21-ci ildönümünü münasibəti ilə 24 noyabr dini seminar keçiriləcək. Şeyx Əl-Hüsarinin ailə üzvləri, qohumları sevənləri və doğulduğu kəndin sakinləri iştirak edəcəklər.

Əl-Husari 1917-ci ildə Misirin Tanta şəhərinin Şəbrən-Nəmlə kəndində anadan olub. Həsir toxuculuq sənayesində çalışan atası onu dörd yaşında Quran hifzi məktəbinə yazdırıb. Əl-Hüsari səkkiz yaşında Quranı bütünlüklə əzbərləyə bilib. O, Quranı bütünlüklə əzbərlədikdən sonra Tantadakı Əl-Əhmədi Dini Mərkəzinə daxil olub və orta məktəbə qədər orada təhsil alıb. Orta məktəbi bitirdikdən sonra on qiraət növünü öyrənməyə başlayıb. 1944-cü ildə Misir Radiosunda fəaliyyətə başlayıb.

Əl-Hussari bir neçə dini vəzifədə çalışıb. Misirin Şeyxül-Qürrası olub. O, həmçinin Əl-Əzhər Quranı Təshih və Təhlil Komitəsinin sədri olub.

O, Ramazan ayında ərəb və islam ölkələrinə də səfər edib. O, ABŞ Konqresinin daxilində o vaxtkı prezident Cimmi Karterin dəvəti ilə Quran oxuyub. Mahmud Xəlil əl-Husari 1980-ci il noyabrın 24-də vəfat edib.

Bu misirli qari, malının üçdə birini yaxşı işlərə və Quranın əzbərlənməsinə sərf etməyi əmr etmişdir. Bu vəsiyyəti yerinə yetirmək üçün onun oğullarından biri Şəbrən-Nəmlədə "Şeyx Əl-Hüsari Dini və Sosial Xidmətlər Xeyriyyə Cəmiyyəti"ni təsis edib.

Bu dərnək yetimlərə, kimsəsiz qadınlara və imkansızlara yardım edir. Onun ən mühüm fəaliyyətlərindən biri də xüsusi mərkəzdə uşaqlara Quran öyrətməkdir.

4015354

captcha