IQNA

Lahor İslam İncəsənət Sərgisində xəttatlıq seminarı

12:53 - November 23, 2021
Xəbər sayı: 3491248
Pakistan Xəttatlar Dərnəyi və İran İslam Cümhuriyyətinin Lahordakı Mədəniyyət Evi ilə əməkdaşlıq sayəsində Beynəlxalq İslam Sənəti Sərgisi çərçivəsində pakistanlı həvəskarlar və tələbələrin iştirakı ilə xəttatlıq seminarı keçirilib.

İQNA-nın verdiyi xəbərə əsasən, Lahordakı "Əl-Həmra" Mədəniyyət və İncəsənət Kompleksində İran, Pakistan və Türkiyənin 5 günlük birgə keçirdiyi sərgidə xəttatlıq seminarı təşkil olunub. Bu seminarda İranın Lahordakı Baş Konsulluğunun Mədəniyyət Evinin rəhbəri və Mədəniyyət Attaşesi Cəfər Ronas, Pakistan Xəttatlar Assosiasiyasının baş katibi İrfan Qureshi, Məşhur pakistanlı sənətkar Xanım Ayşə Şahnavaz və bu ölkənin elm və texnologiya eyvanının rəhbəri Məsud Məzhər iştirak edib.

Lahordakı İran Mədəniyyət Evinin verdiyi məlumata görə, bu seminarda İrandan Kazim Xorasani, Türkiyədən Əfzələddin, Pakistandan Xalid Mahmud Siddiq və Əsgər Əli Onlayn və əyani şəkildə tələbələrə və xəttatlıq sənəti ilə maraqlananlara müxtəlif xəttatlıq üslublarını, o cümlədən Nəstalik yazısını öyrədirdilər.

4015499

captcha