IQNA

14:48 - November 25, 2021
Xəbər sayı: 3491260
Rusiyanın Tatarıstan prezidenti, Kazan şəhərinin İslam dünyasında müsəlmanlar tərəfindən çap olunan ilk Quran şəhəri kimi tanınmasını təklif edib.

İQNA, "TASS"-a istinadən xəbər verir ki, Rüstəm Minixanov Rusiya-İslam Dünyası Strateji Baxış Qrupunun Ciddədə keçirilən iclasında bu təkliflə çıxış edib. Bu təklifə əsasən, müsəlmanlar tərəfindən ilk dəfə olaraq 1803-cü il Quranın çap ili təyin edilmişdir. Tatarıstan Respublikasının paytaxtı Kazan şəhəri İslam dünyasında ilk çap olunmuş Quran şəhəri elan edilmişdir.

Minixanov onu da bildirib ki, gələn il Tatarıstan İslamı qəbul etmələrinin 100 illiyini qeyd edəcək.

Minixanov deyib ki, Rusiya 2005-ci ildə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü olub. Bu gün biz (İslam dünyası ilə) əlaqələrimizin potensialından maksimum istifadə etməliyik.

Tatarıstan Rusiyanın cənub-qərbində yerləşir. Bu Respublika, Rusiya Federasiyasının Konstitusiyasına, Tatarıstan Respublikasının Konstitusiyasına və ikitərəfli səlahiyyət və vəzifələrin verilməsi haqqında sazişə uyğun olaraq Rusiya Federasiyası ilə birləşib.

4016085

Ad:
E-poçt:
* Comment:
* captcha: