IQNA

Amerika jurnalı tərəfindən seçilmiş 2021-ci ilin ən yaxşı İslam bankları

13:03 - November 27, 2021
Xəbər sayı: 3491267
Amerikanın "Global Finance" jurnalı, müxtəlif sektorlarda İslam maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən ən yaxşı bank və qurumları açıqlayıb. Küveyt Maliyyə Evi, ən yaxşı İslam maliyyə müəssisəsi seçilib.

"İQNA", "Global Finance"-ə istinadən xəbər verir ki, Bu jurnal, hər il İslam banklarının və İslam maliyyə müəssisələrinin vəziyyətini nəzərdən keçirir. O, 2021-ci ildə Küveyt Maliyyə Evini (KFH), dünyanın ən yaxşı İslam maliyyə müəssisəsi olaraq seçib.

Bu jurnalın məlumatına görə, Küveyt Maliyyə Evi Yaxın Şərq, Türkiyə, Asiya və Avropada əhəmiyyətli bazarlara malikdir. O, maliyyə xidmətləri və kapital baxımından çox yaxşı vəziyyətdədir.


O, həmçinin dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ən yaxşı İslam banklarını da seçib. Baş ofisi Bəhreyndə yerləşən "Al-Baraka Banking Group", keçən il Afrika qitəsinin aparıcı İslam bankı idi. "Əl-Baraka", 17 ölkədə fəaliyyət göstərir. O, bu ölkələrdə 700-dən çox filial vasitəsilə fəaliyyət göstərir.

Avro məkanında ilk İslam maliyyə müəssisəsi olan KT Bank da, müştərilərinin artması hesabına son bir neçə ildə aktivlərində yüksək artım müşahidə edib. KT Bank Almaniyada qeydiyyatdan keçib. Artıq dördüncü ildir ki, bu bank, Avropanın ən yaxşı İslam maliyyə müəssisəsi kimi tanınır.

4016211

Teqlər: amerika ، jurnalı ، ABD ، müsəlman ، İslam ، quran ، məscid
captcha