IQNA

11:56 - November 28, 2021
Xəbər sayı: 3491274
ABŞ Konqresinin Nümayəndələr Palatasının ekstremist respublikaçı üzvü islamofob ifadələrdən sonra müsəlman icmasından üzr istəməyə məcbur olub.

"İQNA", "ABC"-yə istinadən xəbər verir ki, Respublikaçı Loran Bubert cümə günü etdiyi son açıqlamalara görə müsəlmanlardan üzr istəyib.

ABŞ-ın keçmiş prezidentinin ekstremist tərəfdarı Twitter-də yazıb: "İlhan Ömərin haqqında dediklərimlə təhqir etdiyim hər bir müsəlman kəsdən üzr istəyirəm."

ABŞ-da silah tərəfdarı olan qanunverici bir neçə gün əvvəl etdiyi çıxışda İlhan Ömərlə Konqres binasının liftində olarkən konqres polisinin liftə doğru qaçdığını gördüyünü söyləmişdi. Həmçinin deyir ki, öz-özümə dedim ki, yaxşı, onun (İlhan Ömərin) yanında bel çantası yoxdur, ona görə də bizə heç nə olmayacaq.

İlhan Ömər onun təhqiramiz ifadələrinə cavab olaraq Twitter-dəki mesajında onu “çirkli” adlandırıb və yazıb: "İslam əleyhinə olan qərəzlər gülməli deyil və normallaşmamalıdır."

Həmin gün ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokrat liderlər bəyanat yayaraq, Buberti tamamilə geri çəkilməyə və oxşar ifadələri təkrarlamaqdan çəkinməyə çağırmışdılar.

4016638

Ad:
E-poçt:
* Comment:
* captcha: