IQNA

8:48 - November 30, 2021
Xəbər sayı: 3491285
İslam Mədəniyyəti və Rabitə Təşkilatının rəhbəri Türkiyə Əhli-Beyt (ə) Üləma Dərnəyinin qəyyumlar şurasının sədri ilə görüşüb. O, bu görüşdə vurğulayıb ki, İslam İnqilabının ikinci addımının bəyanatı yeni islam sivilizasiyasının reallaşması üçün əsasdır. O, bildirib ki, Türkiyənin yeni İslam sivilizasiyasını genişləndirmək üçün real potensialı var. Lakin onun müəyyən edilməsində öz rolunu oynamalıdır.

İQNA-nın İslam Mədəniyyəti və Rabitə Təşkilatına istinadən verdiyi xəbərə əsasən, Türkiyə Əhli-Beyt (ə) Üləma Dərnəyinin (Əhlədar) Qəyyumlar Şurasının sədri Kadir Akaras və onu müşayiət edən heyət, İslam Mədəniyyəti və Rabitə Təşkilatının sədri Höccətül-İslam vəl-müslimin Məhəmməd Mehdi İmanipurla görüşüb.

Höccətül-İslam vəl-müslimin İmanipur belə deyib: "Yeni İslam sivilizasiyası üçün fikir və düşüncə sahibi insanlar müəyyən edilməli və bir-birləri ilə müzakirə aparmalıdırlar. Həmçinin, birləşdirici şəbəkələr yaratmaqla bu ədəbiyyatı və diskursu inkişaf etdirməlidirlər."

O, bildirib ki, Türkiyənin yeni İslam sivilizasiyasını genişləndirmək üçün real potensialı var. Lakin onun müəyyən edilməsində öz rolunu oynamalıdır.

Bu toplantıda Türkiyə Əhli-Beyt (ə) Üləma Dərnəyinin (Əhlədar) Qəyyumlar Şurasının sədri Kadir Akaras Höccətül-islam vəl-müslimin İmanipurun İslam Mədəniyyəti və Rabitə Təşkilatın yeni rəhbəri vəzifəsinə layiq görülməsini təbrik edərək deyib: "İran İslam Cümhuriyyəti, İslam aləmində və bütün dünyada parlayır."

Türkiyə Əhli-Beyt (ə) Üləma Dərnəyi Mütəxəssislər Şurasının sədri də Türk Kövsər mədəniyyət müəssisəsinin elm və mədəniyyət sahəsində, xüsusilə dini və islami əsərlərin tərcüməsi və nəşri sahəsindəki təsirli fəaliyyətindən danışıb.

4017187

Ad:
E-poçt:
* Comment:
* captcha: