"İQNA"-nın "The Malaysian Reserved"-ə istinadən verdiyi xəbərə əsasən, Ticarət Palatasının baş katibi Tan Tian Menq deyib: "Bu artımın səbəbi qeyri-müsəlman istehlakçıların halal olmayan məhsullarla müqayisədə sağlam və təhlükəsiz qidalanma prosesinin bir hissəsi kimi halal sertifikatının əhəmiyyətini dərk etməsidir."
Halal bazarının son inkişafı və böyüməsi qeyri-müsəlman istehlakçıların halal istehlaka münasibətini dəyişdi.
Tanın sözlərinə görə, Malayziyanın halal sektoru, artan tələbi dəstəkləməklə ölkənin iqtisadi artımının əsas hərəkətverici qüvvələrindən biridir. Hazırda dünyada təxminən 1,9 milyard müsəlman var ki, bu da dünya əhalisinin təxminən 26%-ni təşkil edir. Bu rəqəm, bizə halal məhsulların dünya bazarında böyük potensiala malik olduğunu göstərir.