IQNA

18:11 - December 03, 2021
Xəbər sayı: 3491302
Britaniyada müsəlman gənc London metrosunda sakitcə Quran ayələrini oxuduqdan sonra islamofob bir kişinin hücumuna məruz qalıb.

"İQNA", "Əlcəzirə"-yə istinadən xəbər verir ki, Britaniyada gənc müsəlman London metrosunda əyləşərkən ahəstə şəkildə Quran ayələri oxuyub. Bu zaman o, islamofobların hücumuna məruz qalıb.

Barri Braun adlı şəxs ötən şənbə günü Instagram hesabında şənbə günü səhər saat 6:40-da metro vaqonlarından birində qarşısında oturan Britaniya vətəndaşının hücumuna məruz qaldığını açıqlayıb.

O, deyib ki, Metro 70 faiz boş idi. Heç kəsi narahat etmədən Quranı yavaş-yavaş və alçaq səslə oxuyurdum. Elə ki, öz səsimi özüm çətinliklə eşidirdim.

 İngiltərədəki İslam İnsan Haqları Komissiyasının rəhbəri Məsud Şəcrə də bir neçə gün əvvəl Britaniyada islamafobiyanın misli görünməmiş artımına toxunaraq demişdi: "Qərbdə nifrət sistematikləşib və idarə olunur."

4017699

Ad:
E-poçt:
* Comment:
* captcha: