IQNA

Təzyiqlər nəticəsində hindli müsəlman komediyaçı, proqramını ləğv edib

16:28 - December 04, 2021
Xəbər sayı: 3491309
Hindu ekstremistlərin təzyiqi, hindli müsəlman komediyaçısı Münəvvər Farukini öz planlarını ləğv etməyə məcbur edib.

"İQNA"-nın verdiyi xəbərə əsasən, hindistanlı komediya ustası Münəvvər Faruki, hindu ekstremist qruplarının təzyiqi və onların təhdidlərindən sonra 12 proqramını ləğv edərək tweet-ində yazıb: "Nifrət qalib gəldi və sənət məğlub oldu."

O əlavə edib ki, bu vəziyyətlə o, artıq sənət əsərlərini davam etdirə bilmir. O, stend-up komediyası ilə vidalaşmalı olduğunu bildirib.

Mumbaydakı İran Mədəniyyət Evi qeyd etmişdi ki, bu ilin əvvəlində hindu qrupları (hind ekstremistləri) Münəvvər Farukinin proqramını dağıtmışdılar. Onun həmkarı İndorda təqiblərə və təzyiqlərə məruz qalmışdı.

Onun özünü də bir ay həbs etmişdilər. Daha sonra tvitində yazıb ki, bir zarafat ucbatından bir aydır həbsdə yatmışam. Bu, sənət adamlarına qarşı edilən ədalətsizliyin ən pik həddini göstərir.

4018322

captcha