IQNA

Pəncab məktəblərində səhər proqramında Quran tilavət olunacaq

14:25 - December 07, 2021
Xəbər sayı: 3491325
Pakistanın "Pəncab" əyalətində məktəblərin səhər mərasimində Quran tilavəti və Peyğəmbəri (s) dövlət himnindən əvvəl salamlamaq planı bu əyalətin parlamenti tərəfindən təsdiqlənib.

"İQNA", xəbər verir ki, pakistanlı müsəlman alimlər planın Pəncab Əyalət Məclisi tərəfindən təsdiqini yüksək qiymətləndirib və birgə bəyanatda vurğulayıblar: "Pəncab əyalətinin spikeri Çaudri Pərviz İlahinin rəhbərlik etdiyi Pəncab Assambleyasının atdığı addımlar misilsizdir. Çünki o, Qurani-Kərimin təlimlərini və Peyğəmbərin əxlaqını təbliğ etmək və Pakistanın ideologiyasını qorumaq üçün qətnamələr qəbul edir."

Həmçinin bildiriblər ki, bu cür hərəkətlər tarixidir və gələcək nəsillər üçün hər cəhətdən idealdır. Bu qətnamə dərhal həyata keçirilməlidir.

Quran fəaliyyətlərinin Pəncabda önəmli yeri var. Bu yaxınlarda 20 hakim və onların nümayəndələrindən ibarət heyət, əyalətin Ravalpindi bölgəsindəki 1500-dən çox dövlət və özəl məktəbə baş çəkib və bu məktəblərdə Quranın tədrisi ilə tanış olub.

4019039

Ad:
E-poçt:
* Comment:
captcha