IQNA

Kanadalı valideynlər işdən qovulan baş örtülü müəllimi dəstəkləyir

15:51 - December 11, 2021
Xəbər sayı: 3491351
Kanadanın Kvebek əyalətində ibtidai məktəbin valideynləri və şagirdləri hicab geyindiyi üçün işdən qovulan müsəlman müəllimə dəstək olublar.

"İQNA", "CTV News"-a istinadən xəbər verir ki, Kanadanın Kvebek əyalətinin Çelsi şəhərində ibtidai məktəbin valideynləri və şagirdləri hicaba görə işdən qovulan müsəlman müəllimə dəstəklərini bildiriblər.

Tələbələrdən birinin anası Amanda Di Gris, CTV News-a deyib: "Tələbə anası kimi, kiçik cəmiyyətimizdə belə bir işin baş verdiyini görmək məni şoka salır."

İndi biz uşaqlarla danışıb, onlara bunun səbəbini izah etməliyik. Bu çox narahat edicidir. Mən görürəm ki, 21 saylı qanun layihəsi həyata keçirilir və bu, hamıya təsir edir.

Valideynlər müəllimə dəstək olaraq məktəbin kənarındakı hasara yaşıl lentlər bağlayıblar.

4019737

captcha