IQNA

Müsəlmanlar, Kanada hərbi bazasında məscidin maketinin sökülməsini istəyib

20:06 - December 15, 2021
Xəbər sayı: 3491378
Kanada Milli Müsəlman Şurasının rəhbəri Kanada hakimiyyətini ölkənin cənubundakı hərbi təlim bazasındakı məscidin maketini sökməyə çağırıb.

"İQNA", "Əlcəzirə"-yə istinadən xəbər verir ki, Kanadanın CBC qəzeti, Kanadanın qərbindəki Alberta əyalətinin cənubundakı Kanada ordusunun təlim bazası daxilində məscidin maketini əks etdirən video yayımlayıb.

Qəzet, klipi Kanadada yaşayan livanlı mühacir Mahmud Moura adlı şəxsdən alıb. O, gəzintiyə çıxanda məscidin maketini görüb şoka düşdüyünü deyir.

Kanada hərbi rəsmiləri deyirlər ki, hərbi təlim yerləri əsgərlərin səyahətləri zamanı görə biləcəyi mühit növlərini tanımaları üçün mümkün qədər real olmalıdır.

Bu arada, Kanada hərbi rəsmilərinin açıqlamalarına cavab olaraq Mərrə vurğulayıb: "Məscid terrorçuların simvolu deyil. Daha doğrusu, müsəlmanların rəmzidir və ona görə də onun maketini düzəltmək düzgün deyil."

Kanada Müsəlmanları Milli Şurasının icraçı sədri Mustafa Faruq da CBS qəzetinə müsahibəsində vurğulayıb ki, bu klip Kanada müsəlman icmasının qorxusuna səbəb olub. Bu çox narahatedicidir.

O, bildirib ki, bu cür maketlərdən əsgərlərə, məsələn, dini quruma hücum etməyi öyrətmək üçün istifadə olunur. Həmçinin bu maketin dərhal sökülməsini istəyib. Bu cür şeylər 11 Sentyabr hadisəsindən sonra dünyada yaradılan hədə-qorxuları xatırladır.

4020888

Ad:
E-poçt:
* Comment:
captcha