IQNA

Rusiyanın ən qədim taxta məscidinin yenidən qurulması təxirə salınıb

16:09 - December 21, 2021
Xəbər sayı: 3491416
Rusiyanın Kazan şəhərində ən qədim taxta məscidin bərpası bəzi problemlərə görə təxirə salınıb.

"İQNA", "Rilenurmiya"-ya istinadən xəbər verir ki, Kazan Rusiyada Tatarıstan Respublikasının paytaxtı və ən böyük şəhəridir. Şəhərin ən qədim taxta məscidinin təmirə ehtiyacı var.

Binanın nəinki daxili hissəsinin, həm də xarici görkəminin yenilənməsinə ehtiyac var. Onun bərpa işləri çətin olacaq. Çünki taxta hissələrin 60%-i dəyişdirilməlidir. Binanın bünövrəsi də tamamilə dağılıb. Bundan əlavə, 20 milyon rubldan çox xalq yardımı toplamaq lazımdır.

Bu bina rayonun mühüm mədəni irsi abidələrindən biridir. Daha əvvəl hökumətin layihə sənədlərinə tarixi və mədəni baxış keçirilmişdir. 28 avqust 2021-ci ildə Tatarıstan Mədəni İrsin Qorunması Komitəsi bərpa icazəsi verib.

Bu il bu binanın bünövrəsi yenidən qurulmalı idi. Lakin müxtəlif problemlər, o cümlədən məscidin sabiq imamı Minoxt Sağırovun vəfatı, qeydiyyatdan keçmək və yeni imamın yoxlanılaraq təsdiqini gözləmək zərurəti ilə əlaqədar yenidənqurma işləri havalar isinənə qədər təxirə salınıb.

4022356

Ad:
E-poçt:
* Comment:
captcha