IQNA

Misirin "Kəfr əş-Şeyx" əyalətindəki tarixi məscidin dağılma təhlükəsi

16:43 - December 22, 2021
Xəbər sayı: 3491423
Misirin Kəfr Şeyx əyalətinin Bilə şəhərində yeganə tarixi və qədim məscid dağılma təhlükəsi ilə qarşı-qarşıyadır.

"İQNA", "Balbaldi"-yə istinadən xəbər verir ki, Kəfr-Şeyxin Bila şəhərində yeganə qədim məscid olan Əbu Ghnam məscidinin 2000-ci ildən təmir olunması üçün göstəriş verilib. lakin indiyədək bu barədə heç bir tədbir görülməyib.

Ötən günlərdə yağan güclü yağış səbəbindən yağış suları namaz qılanların üzərinə düşüb. Bu da namaz qılanların məscidi sürətlə tərk etməsinə səbəb olub.

20 ildən artıqdır ki, Bila şəhərinin sakinləri bu məscidin bərbad vəziyyətdə olması və divarlarının uçması ilə bağlı çoxsaylı şikayətlər ediblər. Lakin bu şikayətlər, məmurlar tərəfindən baxımsızlıqla qarşılanıb və məscid hər an dağıdılma təhlükəsi ilə üzləşib.

Bu məscidin tikintisi 742 ildən çox əvvələ gedib çıxır. Son dəfə İsmayıl paşanın dövründə təmir edilib.

4022621

Ad:
E-poçt:
* Comment:
captcha