IQNA

Məhəmməd adı, işğal altında olan Fələstində ən məşhur ad

17:41 - December 22, 2021
Xəbər sayı: 3491425
Sionist rejimin əhali və immiqrasiya idarəsi, Məhəmməd adını Fələstin əsilli körpələr arasında ən çox yayılmış ad adlandırıb.

"İQNA", "TRT"-nin ərəb bölümünə istinadən xəbər verir ki, Sionist əhali və immiqrasiya idarəsi, hər ilin sonunda keçən il doğulan uşaqlar arasında məşhur adlarla bağlı məlumatları ehtiva edən siyahı dərc edir. Bu il əldə edilən məlumatlara əsasən, Məhəmməd adı ən məşhurlar siyahısında birinci yerdədir.

2020-ci ildə qeyd olunan statistik məlumatlara görə, işğal altındakı Fələstində doğulan uşaqlar arasında 2393 nəfərə Məhəmməd adı verilib. Deyvid adı 1536 sayla ikinci yerdədir.

Məhəmməd adı uzun illərdir ki, işğal olunmuş Fələstində ən məşhur adlar siyahısında birinci yerdədir. 2000-ci ildə İşğal altındakı Fələstində doğulan hər altı oğlandan birinə Məhəmməd adı verilib.

4022681

Ad:
E-poçt:
* Comment:
captcha