IQNA

Quran xətm edərkən bir surəni yarımçıq oxuyub saxlamaq olarmı?

19:18 - December 24, 2021
Xəbər sayı: 3491436
Qurani-Kərim oxuyarkən öz diqqətini ayələr üzərində toplamaq, tilavəti əbəs yerə yarımçıq kəsməmək müstəhəbdir.

Qurani-Kərim oxuyarkən öz diqqətini ayələr üzərində toplamaq, tilavəti əbəs yerə yarımçıq kəsməmək müstəhəbdir. Yaxşı olar ki, imkan daxilində Quranın bütöv surəsi oxunsun. Amma dinimiz könülsüz halda, həmçinin, vacib iş olduğu zaman məcburən Quran oxumağı da bəyənmir. Buna görə də Quran tilavətini istənilən ayənin sonunda kəsməyə icazə verilir. Bu zaman “sadaqallahul-Əliyyul-Əzim”, yəni “uca və əzəmətli Allah doğru buyurdu” cümləsini söyləmək və salavat demək müstəhəbdir. Növbəti dəfə Quran oxuyarkən həmin qaldığı yerdən tilavəti davam etdirmək olar.

Mənbə: islam.az

Ad:
E-poçt:
* Comment:
captcha