IQNA

Kərbəlada Beynul-hərəmeyndə Həzrət Fatimə (s) barədə təziyə göstərilib

8:59 - January 04, 2022
Xəbər sayı: 3491502
Kərbəlada Beynul-hərəmeyndə Həzrət Fatimeyi Zəhranın (s) şəhadətinin matəm günləri ərəfəsində İslam Peyğəmbərinin (s) qızının həyatının bəzi guşələrindən bəhs edən tamaşa göstərilib.

"İQNA", "Əl-Kəfil" dünya kanalına istinadən xəbər verir ki, Kərbəlada Beynul-hərəmeyndə Həzrət Fatimeyi Zəhra (s) barədə tamaşa göstərilib. Çoxlu sayda Hüseyni zəvvarlar tamaşaya baxıb.

Bu təziyədə Həzrət Zəhranın (s) Peyğəmbərin (s) vəfatından sonrakı həyatından parçalar, din və insanlıq düşmənləri və onun haqqını qəsb edənlərin ona etdiyi zülmlər göstərilmişdir.

Həzrət Zəhranın (s) böyük şəxsiyyəti də hər kəsə tanıtdırılıb.

Bu tamaşanın davamında Əhli-Beyt (ə) məddahları Həzrət Zəhranın (s) müsibətindən bəhs edən roza və mərsiyələr oxuyublar.

4025879

 

captcha