IQNA

Əl-Şəravinin təfsiri ingilis dilinə tərcümə edilib

14:14 - January 08, 2022
Xəbər sayı: 3491528
Mərhum Şeyx Məhəmməd əl-Mütəvəlli Əl-Şəravi tərəfindən yazılmış "Təfsiruş-Şəravi", ilk dəfə ingilis dilinə tərcümə edilərək çap edilib. Həmçinin rəqəmsal formada, xüsusi proqram şəklində Quran elmləri ilə maraqlananların istifadəsinə verilmişdir.

"İQNA", "əl-vifd"-ə istinadən xəbər verir ki, bu, Xanım Əfra Bint Zayedin dəstəyi ilə həyata keçirilib. Bu əsərin təqdimatı, Qahirədə Əl-Əzhər Böyük Alimlər Şurasının bir sıra üzvlərinin və bir qrup ruhani, ictimai xadim və BƏƏ-nin Qahirədəki səfirliyinin üzvlərinin iştirak etdiyi mərasim zamanı baş tutub.

Layihənin sponsoru Xanım Əfra, bunu ingilis dilində islami əsərlərin xəzinəsini zənginləşdirmək, eləcə də ingilis dillilərə Qurani-Kərimin məfhumları haqqında daha çox məlumat əldə etmək imkanı yaratmaq üçün atılan addım kimi qiymətləndirib.

Bu layihə elmi və inzibati kollektivin səyləri ilə on yeddi il müddətində tamamlanıb.

4026825

captcha