"İQNA", "Sputnik"-ə istinadən xəbər verir ki, Onlar, ötən ay yüzlərlə sağçı hindu fəalı və rahibinin müsəlmanları məhv etməyə çağırdığı və Hindistan müsəlmanlarının soyqırımına ehtiyacı ilə bağlı bəyanatlarlna etiraz edərək bu mitinqdə iştirak ediblər.
Hindistanın şimalındakı müqəddəs şəhər Haridvarda üç gün ərzində hindu dini liderlərinin toplantısı keçirilmişdi. Hindistan polisi ictimaiyyətin qəzəbinə görə bu şəxslərin bəzilərinə qarşı sadəcə iş qaldırdığını bildirmişdi.
Bu hadisədən sonra Millət Birliyi Şurasının qurucusu Mövlana Toqar Rza, Uttar Pradeşdəki müsəlman icmasını bu nifrət dolu çıxışlara etiraz etmək üçün toplaşmağa çağırıb.
Rza, cümə günü keçirilən mitinqdə müsəlmanların heç vaxt hindularla döyüşmədiyini deyib. Bu münaqişələrin heç vaxt ölkənin xeyrinə olmayacağını bildirib.
O, hindu fəallarının müsəlman qadın və gənclərə qarşı təxribat xarakterli bəyanatlar verdikləri sağçı kampaniyalara toxunub.
Hindistanda müsəlmanların ümumi sayı 200 milyona yaxındır.
4026982