IQNA

Tatarıstanda Quranı yazmaq layihəsi həyata keçirilir

13:42 - January 12, 2022
Xəbər sayı: 3491550
Rusiya Tatarıstan Respublikasının Müsəlmanlar İdarəsi bu gün, çərşənbə, yanvarın 13-də Volqaboyu Bolqarların İslamı qəbul etməsinin 100-cü ildönümü münasibətilə Quranı yazmaq layihəsinin icrasına başlayıb.

"İQNA", "AZƏRTAC" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Tatarıstanda Qurani-Kərimin rəsmi yazılması mərasimi "Kul Şərif" (Qol Şərif) məscidində "Həmd" surəsinin Ərəb qrafikası ilə yazılması ilə başlayır. Tədbirdə Rusiya din xadimləri və islami şəxsiyyətlər və yerli hakimiyyət orqanlarının nümayəndələri iştirak edəcəklər.

Bu layihənin sonunda Qurani-Kərimin əlyazması hazırlanacaq. Bundan sonra nüsxələr çap olunacaq. Bu layihə Rusiyada Quran xəttatlığı sənətinin dirçəldilməsi istiqamətində atılan bir addımdır.

Volqaboyu Bolqarların İslamı qəbul etmələrinin 100 illiyi münasibətilə Rusiyanın Tatarıstan Respublikasında daha 17 tədbir, o cümlədən İslam əlyazmalarının qorunması və tədqiqi mərkəzinin yaradılması nəzərdə tutulur.

Bu tədbirlər arasında Bolqar xalqının müsəlman olmasının 100 illiyi münasibətilə kompleksin və məscidin tikintisi də var. Bu məscidə muzey, kitabxana, mühazirə zalları və sərgilər daxildir.

Həmçinin bu münasibətlə Tatarıstan Respublikasının paytaxtı Kazanda müxtəlif kitabxana və elmi institutlarda olan İslam əlyazmalarının qorunması, tədqiqi və nəşri üçün elmi mərkəz tikiləcək.

4028051

captcha