"İQNA", "Əs-sovtul-Axər"-ə istinadən xəbər verir ki, Əlcəzairin Dini İşlər və Vəqflər Nazirliyi bildirib ki, İslam Peyğəmbərinin (s) meracının ildönümü münasibəti iləhər il keçirilən Beynəlxalq Qurani-Kərim Hifzi müsabiqəsi keçiriləcək.
Bu Nazirlik, "Qurani-Kərimi tərtillə oxu" şüarı ilə virtual Quran müsabiqəsi keçirəcək. Çünki xəstəliyin yayılması səbəbindən bunu əyani həyata keçirmək mümkün olmayacaq.
Bu müsabiqədə yaşı 25-dən az olan və əvvəlki yarışlarda birinci yerdən üçüncü yerə qədər yer tutmayan hafizlər iştirak edə bilər. Həmçinin məşhur qarilər və ya Quran tilavətində peşəkar olan qarilərin də bu müsabiqədə iştirakına icazə verilmir.
Bununla əlaqədar Əlcəzair digər İslam ölkələri və Qərb ölkələrinin İslam qurumlarını bu müsabiqədə iştirak etməyə dəvət edib.
4028059