IQNA

9:50 - January 15, 2022
Xəbər sayı: 3491564
Misirin Əl-Bəhirə əyalətindəki "Əbu Homs" Xeyriyyə Cəmiyyətindən bir qrup gənc, 1000 uşağa Quranın pulsuz əzbərlədilməsi və qiraətinin öyrədilməsilə bağlı layihəyə start verib.

"İQNA", "Elwatannews.com" xəbər saytına istinadən xəbər verir ki, Misir Sosial Həmrəylik Nazirliyi tərəfindən lisenziyalı "Əbu Homs" Xeyriyyə Cəmiyyətinin gəncləri bu dəyərli Quran layihəsinə təxminən bir həftə əvvəl başlayıblar.

Bu layihəyə əsasən, Əl-Bəhirə əyalətində yerləşən Əbu Homs kəndlərində 35 Quran hifzi tədris mərkəzi yaradılıb. Orada uşaqlara Qurani-Kərimi əzbərləmək və oxumaq pulsuz öyrədilir.

Bu layihəyə başlayan gənclər Quranın nüsxələrini və uşaqların vəhy kəlamını öyrənmələri üçün lazım olan digər əşyaları pulsuz təqdim edirlər.

4028383

Ad:
E-poçt:
* Comment:
* captcha: