IQNA

14:46 - January 16, 2022
Xəbər sayı: 3491575
Həzrət Abbasın (ə) Müqəddəs Astanının elmi Quran Dərnəyi, İraqın hər yerindən gələn tələbələrin iştirakı ilə Qurani-Kərimin xüsusi təhsili üzrə ən böyük ümummilli layihəni Kərbəlada həyata keçirib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Həzrət Abbasın (ə) Müqəddəs Astanı Kərbəla və İraqın digər əyalətlərindən olan 269 Quran öyrənicisinin iştirakı ilə milli səviyyədə Əl-Kəfilin xüsusi Quran layihəsini həyata keçirib.

Bu plan qiraət və həmd qaydaları, vəqf və başlanğıc, Quran elmləri və tədris üsulları ilə bağlı intensiv məşğələləri özündə əks etdirən Həzrət Abbasın (ə) Astanının ən böyük maarifləndirici planı adlanır.

Qurani-Kərim İnstitutunun rəhbəri Şeyx Cavad Əl-Nəsravi bu təlim kursunun 70 saat olduğuna işarə edərək deyib: "Kursun sonunda tələbələrə etibarlı sertifikat təqdim olunacaq və ən yüksək nəticə göstərən üç tələbə mükafatlandırılacaq."

4028740

Ad:
E-poçt:
* Comment:
* captcha: