IQNA

15:49 - January 17, 2022
Xəbər sayı: 3491582
Şərqi Afrika şiələrinin ruhani lideri Şeyx Abdullahi Nasirin anım mərasimi Alul-beyt (ə) Təhsil Kompleksinin İmam Cəfər Sadiq (ə) məscidində Əl-Mustafa Universitetinin (s) rəsmilərinin iştirakı ilə keçirilib.

"İQNA", "Xəbərlər 24"-ə istinadən xəbər verir ki, bu mənəvi mərasimdə Beynəlxalq Əl-Mustafa Universitetinin (s) tələbələrindən biri və Keniyadakı media fəalı Höccətül-İslam Məhəmməd Səlim, Həzrət Ümmül-Bəninin (ə) vəfatı və Şeyx Abdullah Nasirin vəfatı ilə bağlı başsağlığı verərək deyib: "Bəlkə də bu Allah yolunun mücahidini lazım olduğu kimi tanımırlar. Amma Şərqi Afrika, xüsusən də Keniya və qonşu ölkələrin əhalisi onu yaxşı tanıyır."

Sonra Əl-Mustafa Beynəlxalq Universitetinin ustadı Höccətül-islam vəl-müslimin Şeyx Səlim Nqanqamviqa, deyib: "Bu mərasim, adı Keniya xalqına və Şərqi Afrika ölkələrinə tanış olan böyük bir insanın və yorulmaz mücahidin xatirəsini əziz tutmaq üçün qurulub. O, ömrü boyu İslam və din həqiqətləri uğrunda mübarizə aparan insan olub. O, həmişə ədalətin tərəfində olub. Keniyanın müstəqillik qazanmasından əvvəl şiəliyi qəbul edib. Çoxları bundan xəbərsizdir. Şeyx Abdullah Nasirin Keniyanın müstəqilliyindən sonra şiəliyi qəbul etdiyini düşünürlər."

4029109

Ad:
E-poçt:
* Comment:
* captcha: