IQNA

16:18 - January 18, 2022
Xəbər sayı: 3491587
Hindistan polisi mitinqdə Hindistan müsəlmanlarını soyqırım etməyə çağıran hindu rahibi həbs edib.

"İQNA", "TRT"-nin Ərəb bölümünə istinadən xəbər verir ki, Hindistan polisi ekstremist rahibin həbs edildiyini bazar ertəsi elan edərək bildirib: "Çox güman ki, onu 5 ilə qədər həbs gözləyir."

Yüksək rütbəli bir polis məmuru açıq şəkildə ifratçı sağçı millətçiləri dəstəkləyən və eyni zamanda hindu monastırına rəhbərlik edən hindu rahibinin müsəlmanlara qarşı nifrət ifadələri və zorakılığa çağırış ittihamı ilə 14 gündür həbsdə olduğunu bildirib.

Xatırladaq ki, keçən ilin dekabr ayında bir sıra hindu rahibləri Uttarxandda mitinq zamanı müsəlmanlara qarşı soyqırım törətmək üçün öz ardıcıllarını silahlanmağa çağırmışdılar.

4029369

 

Teqlər: Müsəlman ، soyqırım ، hindu ، rahib ، ekstremist
Ad:
E-poçt:
* Comment:
* captcha: