IQNA

16:51 - January 19, 2022
Xəbər sayı: 3491593
Kampunq Laut məscidi bu yaxınlarda YUNESKO-nun Ümumdünya İrs Siyahısına namizəd göstərilib. Lakin bir çox insanlar, hətta yerli malayziyalıların özləri də məscidin özəl minbəri haqqında çox şey bilməyə bilərlər.

"İQNA", " bernama.com"-a istinadən xəbər verir ki, bu tarixi məscid "Kəlantan" əyalətində yerləşir və Malayziyanın ən qədim məscidi kimi tanınır. Amma Malayziyanın ən qədim minbəri kimi tanınan bu məscidin minbərinin hekayəsi də maraqlıdır.

Bu minbərin təxminən 400 yaşı olduğu təxmin edilir. İndi o, Vakaf Bharu şəhərindəki Rəhman adlı başqa bir məsciddə saxlanılır.

Universitet ustadı Harlani Əbdül-Arif deyib: "Minbərin dəqiq tikilmə tarixi məlum deyil. Lakin məscidin memarlıq üslubunu və qalmış mətnləri nəzərə alsaq, onun yaşı barədə fikir söyləmək olar".

O, əlavə edi ki, bu iki metrlik minbər çənqal adlanan davamlı ağacdan hazırlanıb. Onu gözəlləşdirmək üçün unikal və zərif inley texnikalarından istifadə olunub.

4029737

 

Teqlər: Malayziya ، qədim ، minbəri ، YUNESKO ، məscid
Ad:
E-poçt:
* Comment:
* captcha: