IQNA

İraqın Ziqar şəhərində Quran məktəbinin açılışı olub

20:20 - January 24, 2022
Xəbər sayı: 3491620
İraqın Ziqar əyalətindəki Darul-Quran, İraq və Küveyt Quran xadimlərinin iştirakı ilə Quran məktəbinin açılışını edib.

"İQNA", "Qaf" Quran Xəbər Agentliyinə istinadən xəbər verir ki, İraqın Ziqar əyalətinin Ən-Nəsr bölgəsindəki Quran məktəbi bu bölgənin Darul-Quranı tərəfindən İraqın müxtəlif yerlərindən olan Quran şəxsiyyətləri, qurumları və Küveytdən olan bir Quran xadiminin də iştirakı ilə açılıb.

Quran məktəbinin açılışında İraqın dini və hərbi şəxsiyyətləri və Ziqar vilayətinin rəsmiləri də iştirak ediblər.

Qeyd edək ki, İraqın Nasiriyə şəhərinin şimalında yerləşən Ən-Nəsr bölgəsinin Darul-Quranı Ziqar vilayətinin ən mühüm Quran mərkəzlərindən biridir. Bu Darül-Quran təxminən 6 ay əvvəl bu Quran məktəbinin tikintisinə başlamış və qısa müddətdə onu istifadəyə verə bilmişdir.

4030594

 

Teqlər: İraq ، quran ، məktəb ، şəxsiyyət ، din
captcha