IQNA

14:55 - January 26, 2022
Xəbər sayı: 3491635
Almaniya Federativ Respublikasının Tehrandakı səfiri müqəddəs Qum şəhərindəki dini və hövzəvi komplekslərini ziyarət edib.

"İQNA", xəbər verir ki, Almaniya Federativ Respublikasının Tehrandakı səfiri Hans Oudo Motsel çərşənbə axşamı, yanvarın 25-də müqəddəs Qum şəhərinə bir günlük səfər edib. O, Həzrət Məsumənin (s) müqəddəs hərəminə gedib. Müqəddəs hərəmin Muzeyinin mədəniyyət və tarixi əsərlərini ziyarət edib.

O, Mərcə-təqlidlərin və alimlərin məzarlarını ziyarət edib.

Almaniyanın səfiri daha sonra Feyziyyə Elmi Hövzəsi, Dinlər və Məzhəblər Universiteti, Alul-Beyt İnstitutunun (Ə) Mədəniyyət və İlahiyyat Kommunikasiya Mərkəzi, Sülh və Dinlər İnstitutu və Müqəddəs Cəmkəran Məscidində olub.

4031411

Ad:
E-poçt:
* Comment:
* captcha: