IQNA

9:28 - January 27, 2022
Xəbər sayı: 3491637
Səudiyyə Ərəbistanı İslam İşləri, Təbliğat və İrşad Nazirliyi tərəfindən Məscidül-həramda Qurani-Kərimin hifzi, qiraəti və təfsiri üzrə 42-ci Beynəlxalq Kral Əbdüləziz müsabiqəsi keçiriləcək.

"İQNA", "sayidaty.net"-ə istinadən xəbər verir ki, bu yarışlar Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz Əl-Səudun nəzarəti altında hicri 1444-cü ilin səfər ayının 14-dən 25-ə qədər keçiriləcək. Orada dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Bu müsabiqə 5 fənndən ibarət olacaq. 2 milyon 700 min Səudiyyə rialı bütün beş fənnin ən yaxşılarına mükafat olaraq veriləcək.

Bildirilib ki, bu yarışların keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan müsəlman uşaqları Quranı əzbərləməyə və oxumağa sövq etmək, müsəlmanlar ilə vəhy kəlamı arasında əlaqəni gücləndirməkdir. Həmçinin qeyd olunub ki, dörd əsrdən artıqdır ki, bu mənəvi yarışmada bu məqsəd vardır.

4031644

Ad:
E-poçt:
* Comment:
* captcha: