IQNA

İqtisadi fəallar İstanbulun İslami Fintech-də iştirak etməyə çağırılıb

14:26 - January 27, 2022
Xəbər sayı: 3491638
Ölkənin Quran Akademikləri Təşkilatına bağlı Quran Sənəti Texnologiyalarının İnkişafı Mərkəzi İstanbulda keçiriləcək Üçüncü Dünya İslam Fintech Sammitində iştirak etməkdə maraqlı olan maliyyə sahəsində iqtisadi fəalları qeydiyyata alır.

"İQNA", xəbər verir ki, üçüncü Beynəlxalq İslam Finitech Zirvəsi (GIFS) İslam Özəl Sektorun İnkişafı Şirkəti (ICD) və İsDB Qrupunun biznes assosiasiyaları və Türkiyənin İslam Bankları (TKBB) ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

İslam rəqəmsal iqtisadiyyatının fasilitatoru və biznes tədbirlərinin təşkilatçısı Elmangos Ventures şirkəti, bu sammiti təşkil edir.

Bu sammitin İslam maliyyə sahəsinin maraqlı tərəflərini bir araya gətirməsi, İslam fintech-ini genişləndirmək və resurslarla təmin etməsi nəzərdə tutulur.

Bu tədbir Türkiyədə İslami Fintech ilə bağlı ilk platforma olacaq. O, bu sektorla bağlı bütün məsələləri bəyan edir. Həmçinin müzakirələri asanlaşdırır və bütün dünyada İslam maliyyə məhsulları və xidmətlərini təklif etmək üçün innovativ ideyalar, həllər və biznes təqdim edir.

Sammitin iki günü ərzində müxtəlif proqramlar, o cümlədən ticarət mübadilələri və fərdiləşdirilmiş panellər həyata keçiriləcək. Bunların hamısı rəqəmsal dövrdə islami texnologiyanın yerləşdirilməsinə yönəldiləcək.

Tədbirdə müvafiq fəallarla yanaşı, aparıcı şirkətlərin, maliyyə institutlarının, alimlərin, vasitəçilərin və hökumət nümayəndələrinin iştirakı gözlənilir.

Bu konfrans 2022-ci ilin martında keçiriləcək. Bu tədbirdə iştirak etməkdə maraqlı olan iqtisadi fəallar əlavə məlumat və qeydiyyat üçün 02167612300 və 0216612301 nömrələri ilə Quran Sənəti Texnologiyalarının İnkişafı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

4031261

 

Teqlər: İqtisadi ، İstanbul ، İslamı ، sammit ، maliyyə
captcha