IQNA

Misirli qarilərin həyat hekayəsi televiziyada yayımlanacaq

23:04 - January 28, 2022
Xəbər sayı: 3491642
"İqrə" peyk şəbəkəsi "Fövqəladə səfirlər" adlı veriliş hazırlayaraq misirli qarilərin həyat hekayəsini sevənləri üçün yayımlayır.

"İQNA", "Əl-Əhram"-a istinadən xəbər verir ki, Proqram bazar ertəsi və çərşənbə axşamı Qahirə vaxtı ilə saat 20.00-da yayımlanır. Cümə axşamı və cümə günləri səhər saat 8:00-da təkrarı veriləcək.

"Fövqəladə səfirlər" misirli media fəalı Razi Səid tərəfindən hazırlanıb. O özü, verilişin aparıcısıdır. Bu proqramda elan edilən günlərdə Misirin ən məşhur qariləri söhbət edəcək. Onlar şəxsi həyatlarında baş verən ən mühüm hadisələri və Qurani-Kərimlə tanışlıq hekayələrini tamaşaçılara danışacaqlar.

4031674

 

Teqlər: misir ، qari ، proqram ، quran ، hekayə
captcha