İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Fransa telekanalı ölkənin müsəlman icması barədəki “sənədli filmini” sərgilədikdən sonra qalmaqala səbəb olub.
Sözügedən film açıq-aşkar islamofobiya təbliğatı olub.
“Radikal İslam təhlükəsi ilə üz-üzə: Dövlətin cavabı” adlı film Fransanın M6 kanalına nümayiş etdirilib.
Filmin çəkilişinə Liliya Buzian adlı gənc müsəlman xanım və ona Fransadakı müsəlmanların həyatına dair gözəl film çəkməyi vəd ediblər.
Nəticədə Liondan olan müsəlman tələbə qız sərt manipulyasiyaya məruz qaldığını anlayıb – ona təxribat xarakterli suallar veriblər, daha sonra isə onun sözlərini kontekstdən çıxablar ki, İslamı “təhdid” mənbəyi kimi göstərsinlər.
Sənədli filmi izləyən qız şok yaşayıb – filmin məğzi bilərəkdən dəyişdirilərək müsəlman və İslam dini Fransa sekulyarizminə və dövlətin dəyərlərinə birbaşa təhlükə kimi göstərilib.
“Mən bir müsəlman və fransız kimi susmaq niyyətində deyiləm, mən bunu belə saxlamayacağam. Mənə badalaq gəliblər, jurnalistlər manipulyasiya ediblər”, – deyə Liliya qeyd edib.