IQNA

Qahirə Beynəlxalq Kitab Sərgisində Brayl əlifbası ilə Quran sərgilənib

21:41 - January 29, 2022
Xəbər sayı: 3491650
Əl-Əzhər İslam Mərkəzi 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisində korlar üçün "Brayl" Quranının sınaq nüsxəsinin çap edildiyini bildirib.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Quranın bu Brayl versiyası Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyibin dəstəyi ilə Əl-Əzhər Çap Kompleksi tərəfindən hazırlanmış və nəşr edilmişdir.

Bu Quran versiyası ən son çap sistemlərindən istifadə edilməklə nəşr edilmişdir. O, Qahirə Beynəlxalq Sərgisində Əl-Əzhər İslam Mərkəzinin stendində nümayiş etdiriləcək.

Brayl əlifbası ilə olan bu bu nüsxə öz növünə görə misilsizdir.

4031869

Teqlər: qahirə ، kitab ، sərgi ، brayl əlifbası ، quran
captcha