IQNA

Çexiyanın İraqdakı səfiri müqəddəs Abbasi Astanını ziyarət edib

18:07 - February 09, 2022
Xəbər sayı: 3491711
Çexiyanın İraqdakı səfiri və onu müşayiət edən nümayəndə heyəti çərşənbə axşamı Kərbəlada Həzrət Abbasın (ə) müqəddəs hərəmini ziyarət edib. O, bu Müqəddəs Astanın baş katibi və bir sıra rəsmi şəxslərlə danışıqlar aparıb.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, görüşdə Çexiyanın İraqdakı səfiri Piter Stipanek və Müqəddəs Abbasi Astanının rəsmiləri Kərbəla ilə bağlı məsələləri, o cümlədən Kərbəla şəhərində tikinti və xidmət layihələri, zəvvarlara xidmət göstərilməsi və bu hərəmin mədəni fəaliyyətlərini müzakirə ediblər.

Çexiya səfiri daha sonra Nəfis Əsərlər və Əl-Kəfil Əlyazmaları Muzeyini ziyarət edib. Daha sonra Abbasi Astanının Mühəndislik Layihələrinin rəhbəri Ziya Məcid Əl-Saiq və Astanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Əli Əzhərlə birlikdə Əl-Əmid Təhsil Kompleksində və Əl-Kəfil İxtisaslaşdırılmış Xəstəxanasında olub.

Görüşün sonunda Çexiya səfiri müqəddəs Abbasi ziyarətgahının ziyarətindən böyük məmnunluğunu ifadə edib. Bu ziyarətgahın, xüsusilə Əl-Kəfil ixtisaslaşdırılmış xəstəxanasının yeni elmi səviyyəyə malik mühüm və böyük layihələrinin həyata keçirilməsini yüksək qiymətləndirib.

Çexiyanın İraqdakı səfiri müqəddəs Abbasi Astanını ziyarət edib

4035058

 

Teqlər: Çexiya ، İraq ، səfir ، müqəddəs ، ziyarət
captcha