IQNA

12:42 - February 12, 2022
Xəbər sayı: 3491725
Corona məhdudiyyətləri səbəbindən qiyabi fəaliyyət göstərən misirli olmayan tələbələrə Quran öyrətməyə həsr olunmuş İmam Tayyib Quran Hifzi və Qiraəti Məktəbi ikinci semestrinə əyani şəkildə başlayıb.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, "İmam Tayyib" məktəbi elan edib ki, bu məktəbdə təhsil yalnız Əl-Əzhərin misirli olmayan tələbələri üçün nəzərdə tutulub.

Məktəb, şagirdlərin Corona ilə mübarizədə sağlamlıq protokollarına riayət etmələrinin vacibliyini vurğulayıb. Tələbələr profilaktik tədbirlərə riayət etməklə maska ​​taxmalı və sosial məsafəni saxlamalıdırlar. Sinif otaqları da mütəmadi olaraq dezinfeksiya edilir.

Bu məktəbdə təhsil həftədə üç gün olacaq. Təhsil işçiləri və tələbələr bütün sağlamlıq tədbirlərinə riayət etməlidirlər.

4034934

Teqlər: Misir ، Quran ، məktəb ، hifz ، qiraət
Ad:
E-poçt:
* Comment:
* captcha: