IQNA

12:42 - February 12, 2022
Xəbər sayı: 3491725

Misirdə "İmam Tayyib" Quran məktəbi yenidən açılıb

Corona məhdudiyyətləri səbəbindən qiyabi fəaliyyət göstərən misirli olmayan tələbələrə Quran öyrətməyə həsr olunmuş İmam Tayyib Quran Hifzi və Qiraəti Məktəbi ikinci semestrinə əyani şəkildə başlayıb.

Misirdə

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, "İmam Tayyib" məktəbi elan edib ki, bu məktəbdə təhsil yalnız Əl-Əzhərin misirli olmayan tələbələri üçün nəzərdə tutulub.

Məktəb, şagirdlərin Corona ilə mübarizədə sağlamlıq protokollarına riayət etmələrinin vacibliyini vurğulayıb. Tələbələr profilaktik tədbirlərə riayət etməklə maska ​​taxmalı və sosial məsafəni saxlamalıdırlar. Sinif otaqları da mütəmadi olaraq dezinfeksiya edilir.

Bu məktəbdə təhsil həftədə üç gün olacaq. Təhsil işçiləri və tələbələr bütün sağlamlıq tədbirlərinə riayət etməlidirlər.

4034934

Teqlər: misir ، quran ، məktəb ، hifz ، qiraət
captcha