IQNA

18:50 - February 12, 2022
Xəbər sayı: 3491729
Fransanın gender bərabərliyi naziri cümə axşamı hicab qadağasını aradan qaldırmaq istəyən müsəlman qadın futbolçuları dəstəkləyib.

"İQNA", "Digital Journal"-a istinadən xəbər verir ki, Elizabet Moreno LCI televiziyasına deyib ki, mən qanuna hörmət edilməsini istəyirəm. Qanunda göstərilir ki, bu gənc qadınlar hicablı futbol oynaya bilərlər. Bu gün futbolda hicaba qadağa qoyulmayıb.

Fransa Futbol Federasiyasının qəbul etdiyi qanunlar hazırda yarışan oyunçuların müsəlman hicabları və ya yəhudi kaipası kimi açıq-aydın dini simvollar taxmasını qadağan edir.

"Les Hijabeuses" adlı bir qrup qadın keçən ilin noyabrında ayrı-seçkilik etdiklərini və dini inanclarına əməl etməyə mane olduqları üçün hüquqlarını pozduqlarını iddia edərək bu qanunlara qarşı hüquqi etiraz başlatmışdı.

Fransanın dünyəvi hüququ bütün vətəndaşlar üçün dini azadlıqlara zəmanət verir. 2010-cu ildə qadağan edilmiş üz örtüyü istisna olmaqla, ictimai yerlərdə dini simvolların istifadəsini qadağan edən heç bir qanun yoxdur.

4035466

Ad:
E-poçt:
* Comment:
* captcha: