IQNA

11:55 - February 20, 2022
Xəbər sayı: 3491774

Əlcəzair dövlət televiziyasında ilk hicablı aparıcı

Əlcəzair müstəqillik əldə etdikdən sonra ilk dəfə hicablı xanım ölkənin dövlət televiziyasında aparıcılıq edib.

Əlcəzair dövlət televiziyasında ilk hicablı aparıcı

"İQNA", "Russia Today"-ə istinadən xəbər verir ki, Nəcva Ciddi son günlərdə Əlcəzair dövlət televiziyasında ölkənin müstəqilliyindən bəri ik dəfə aparıcılıq edən hicablı qadındır.

Əlcəzair televiziyası müstəqillik əldə etdikdən sonra müxtəlif kanallarda baş örtülü qadın jurnalistlərə qadağa siyasətini davam etdirirdi.

Əlcəzairdə bəziləri televiziyada hicab qadağasını müstəqillik əldə etdikdən sonra Əlcəzair televiziyasının rəhbərliyində olan ardıcıl məmurların şəxsi inancları və improvizə qərarları ilə əlaqələndirirlər.

4037007

captcha