Moskvadakı İslam mərkəzinin halal məhsulların keyfiyyətinə nəzarət şöbəsinin müdiri deyir ki, Rusiya bazarlarında halal məhsullar sürətlə inkişaf edir. Onlara hətta qeyri-müsəlmanlar tərəfindən də istək çox yüksəkdir.

"İQNA", "Əl-Ərəbi Əl-Cədid"-ə istinadən xəbər verir ki, Rusiyada halal ərzaq bazarı ölkədə bu zəmində fəaliyyət göstərən restoran və müəssisələrin sayının artması ilə yüksəlib. Bu məhsullar müsəlmanlar və başqaları arasında getdikcə daha çox sevilir.
Xüsusilə Moskvada halal mağaza və restoranların sayı kəskin artıb. bir neçə il əvvəl şəhərdə cəmi iki halal mağaza var idi.
Rusiya Müftilər Şurasının Hüquq Mərkəzi dini təlimlərə uyğun keyfiyyətə nəzarət standartları və lisenziyalar verir. Həmçinin məhsulların istehsalına və satışına nəzarət edir.