IQNA

Uqandalı Hafiz İran Quran yarışmasının final mərhələsinə çıxıb

11:11 - February 22, 2022
Xəbər sayı: 3491782
Uqandalı Quran hafizi Amaniyə Adil Əli, İranın 38-ci Beynəlxalq Qurani-Kərim yarışmasında final mərhələsinə yüksəlib.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Uqandalı Quran hafizi Amaniyə Adil Əli, Kampalada İran Mədəniyyət müşavirliyinin vasitəsi ilə tanıtdırılıb. O, Quranı əzbərləmək sahəsində İran İslam Cümhuriyyətinin 38-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin final mərhələsinə yüksəlib.

Mədəniyyət işləri üzrə məsləhətçi, Kampala İslam Universitetinin tələbəsi Adil Əlinin Qurani-Kərim müsabiqəsinin final mərhələsinə yüksəlməsindən məmnun olduğunu bildirərək deyib: "Bu nümayəndəlik Quran diplomatiyasını inkişaf etdirməyə və İranın Vəqf Təşkilatına hafizlər və qariləri tanıtdırmağa çalışır."

Bu müsabiqə virtual olaraq keçirilib.

4037601

captcha