IQNA

Şri Lankada "Hicab, Qadın Fəzilətinin Rəmzi" adlı məqalə çap edilib

17:21 - February 22, 2022
Xəbər sayı: 3491785
Şri-Lankanın Tamil dilli "Tinakaran" qəzetində "Hicab, Qadın azadlığının və fəzilətinin simvolu" adlı məqalə nəşr olunub.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Hindistanın Karnataka əyalətinin rəsmilərinin təhsil müəssisələrində hicabın qadağan edilməsi və müsəlman qadınlara məhdudiyyətlərin qoyulması istiqamətində hərəkətlərindən sonra Şri-Lankada tamil dilində çıxan "Tinakaran" qəzeti "Hicab azadlıq və fəzilət simvoludur" başlıqlı məqalə dərc edib.

Məqalədə deyilir: "Biz bilirik ki, müsəlman cəmiyyətlərində qadınların əksəriyyəti ictimai yerlərdə adi paltar geyinirlər. Qeyri-islami və müasir dünyada qadınlar hicabın gözəlliyini və faydasını indi dərk edirlər. Bilirlər ki, evdən hicablı çıxanda kimsə onlara əziyyət etmir.

Məqalədə həmçinin gəlmişdir ki, Hindistanda hindu qadınları ənənəvi olaraq Kunqat hicabını geyinirlər. İctimai yerlərdə baş örtmək adəti hələ də geniş şəkildə tətbiq olunur. Bu, qadınların seçimidir və onların təhsillərini davam etdirərkən və ya məktəb və universitetdə işləyərkən sağlam mühit yaratmaq istədikləri örtünün əlamətidir və onların sosial məsuliyyətlərinə heç bir maneəsi yoxdur.

Hindistan xalqı qardaşlıq hissi ilə tanınan bir xalqdır. Həmçinin dinlərin, məzhəblərin, mədəniyyətlərin, dillərin və adətlərin müxtəlifliyi ilə fərqlənir. Bu ölkə böyüməsini və inkişafını qurucu ataları Mahatma Qandi və Cavaharlal Nehrunun qeyri-zorakı davranışına borcludur.

4037686

Teqlər: şri lanka ، hicab ، qadın ، məqalə ، seçim
captcha