IQNA

Qətərdə ən böyük Quran fondunun açılışı olub

10:56 - February 24, 2022
Xəbər sayı: 3491800
Qurani-Kərimin hifzi mərkəzlərinə xidmət və dəstək məqsədilə bu ölkədə Qətərin vəqflər naziri tərəfindən "Tərənnüc" kompleksinin açılışı olub.

"İQNA", "Ər-Rayə"-yə istinadən xəbər verir ki, Qətərin Vəqflər və İslam İşləri Naziri Qanim ibn Şahin əl-Qanim ölkənin ən böyük Quran vəqfi olan "Tərənnüc" Vəqfinin açılışını edib.

Qətər Vəqflər Baş İdarəsinin baş direktoru Şeyx Xalid ibn Məhəmməd Əl Sani ölkədəki Quran fəaliyyətlərinin dəstəklənməsi üçün vəqfin əhəmiyyətini vurğulayıb. Həmçinin Qətərdə Quran mərkəzləri və kurslarına dəstək verilməsinin vacibliyini bildirib.

O, burada minlərlə qətərli oğlan və qız tələbənin iştirak etdiyini açıqlayaraq, vəqf edənlərə və layihədə iştirak edən hər kəsə təşəkkür edib.

4037992

Teqlər: qətər ، quran ، vəqf ، quran mərkəzləri ، kurs
captcha