IQNA

10:35 - February 28, 2022
Xəbər sayı: 3491823

İordaniya Quran Hifzi Dərnəyinin ən gənc hafizi təqdir olunub

İordaniya Qurani-Kərim Hifzi Dərnəyi bir sıra din və Quran xadimlərinin iştirak etdiyi mərasimdə dərnəyin ən gənc Quran hafizini mükafatlandırıb.

İordaniya Quran Hifzi Dərnəyinin ən gənc hafizi təqdir olunub

"İQNA", "Qaf" Quran Xəbər Agentliyinə istinadən xəbər verir ki, İordaniya Qurani-Kərimin Hifzi Dərnəyinin baş direktoru Hüseyn Əsaf, anası, müəllimi və Əl-Hüda Quran Mərkəzinin müdirinin iştirakı ilə keçirilən Qurani-Kərimin 8 yaşlı hafizi Fatimə Əl-Zəhəbinin mükafatlandırma mərasimində deyib: "Qurani-Kərim Hifzi Dərnəyi daha əvvəl Fatimənin bacısı Nur Əz-Zəhəbi də daxil olmaqla, 10 yaşına qədər Qurani-Kərimi əzbərləyən bir sıra qız və oğlanlara təlim keçib."

O, Qurani-Kərim Hifzi Dərnəyinin yaranma tarixinə və onun ən mühüm layihə və nailiyyətlərinə toxunaraq, assosiasiyaya göstərdiyi etimada görə İordaniya ictimaiyyətinə və onun uğurunda əməyi olan hər kəsə təşəkkür edib.

4038725

captcha