"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Əmr Həsən Əl-Şəfii Misirin qərb əyalətindəndir. O, Qurani-Kərimin qariləri və əhli arasında Mahmud Həsən Al-Nimravi kimi tanınan qaridir.
O, Misirin Quran radiosunda qiraət edəcəyinə ümid etdiyini deyib.
Əl-Nimravi Şeyx Mustafa İsmayılın qiraət məktəbindən bəhrələndiyini bildirib.
O, deyib ki, Şeyx əl-Şəhhat Məhəmməd Ənvər, Şeyx Məhəmməd əl-Leysi, Məhəmməd Əbdül-Vəhab ət-Tantavi, Şeyx Məhəmməd əl-Salkavi və Şeyx Əbdül-Fəttah əl-Tərtavinin qiraətlərini dinləyərək Quran oxumağı öyrənməyə başladım.
Xüsusilə, Şeyx Təntavidən əxlaqi fəzilətləri, o cümlədən şagirdlə ünsiyyətdə ədəb qaydalarına riayət etməyi və Allah bəndələrinə qarşı bağışlama və təvazökarlığı öyrəndim. Sonra Qurani-Kərimin bütün qədim məktəbləri ilə tanış oldum.